525.Az

Tanınmış vəkil öldü


 

Tanınmış vəkil öldü<b style="color:red"></b> Azərbaycanın tanınmış vəkillərindən biri olan Elton Quliyev vəfat edib.
 
APA-nın xəbərinə görə, bu barədə vəkil Adil İsmayılov “Facebook” səhifəsində yazıb. E. Quliyev uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
 
Qeyd edək ki, 1956-cı il təvəllüdlü E. Quliyev 1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.
 
1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb.
 
1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olub.
 





16.12.2015    çap et  çap et