525.Az

Bir qəzet rəsmən ləğv edildi


 

Bir qəzet rəsmən ləğv edildi<b style="color:red"></b> Azərbaycanda tanınmış qəzetlərdən biri rəsmən ləğv olunduğunu elan edib.

APA-nın məlumatına görə, "Paritet" qəzetinin redaksiyasının ləğv olunduğu barədə qərar rəsmi qəzetdə dərc olunub.
 
Qeyd edək ki, “Paritet” qəzeti 1999-cu ilin avqust ayının 17-də yaradılıb, həftədə 3 dəfə işıq üzü görüb.

Azərbaycan Mətbuat Şurasının üzvü olan qəzet fəaliyyətini faktiki olaraq 2012-ci il dekabrın 20-də dayandırıb.
 
Həmin vaxt qəzetin baş redaktoru Cəmaləddin Quliyev bildirmişdi ki, qəzet fəaliyyətini müvəqqəti dayandırır, bu barədə qərarı təsisçi qəbul edib.
 
C. Quliyev təsisçinin bu qərarının texniki-maddi problemlərlə əlaqədar olduğunu bildirmişdi.
 





16.12.2015    çap et  çap et