525.Az

Mehmet Əli Birandın həkimi: "Necə oldu, bilmirəm"


 

Mehmet Əli Birandın həkimi: "Necə oldu, bilmirəm"<b style="color:red"></b>

Türkiyənin ən məşhur jurnalistlərindən biri, mərhum Mehmet Əli Birandı müalicə etmiş həkim-onkoloq Sualp Tansanın dediyinə görə, Birandın ölümü gözlənilməz idi.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, Tansan deyib: "Mehmet Əli Birandın vəziyyəti heç gözləmədiyimiz şəkildə ağırlaşdı və o vəfat etdi. Böyrəyində stent dəyişərkən vəfat edən xəstəm olmamışdı indiyədək. Necə oldu, bilmirəm".

Məşhur onkoloqun sözlərinə görə, Birandın durumu yaxşı idi və o, gülümsəyərək əməliyyata yollanıb.

"Mehmet Əli bəy iki il əvvəl qəbuluma müayinəyə gələndə qaraciyərində şişlər vardı. Ümumilikdə vəziyyəti pis deyildi. Bu əməliyyatdan bir gün əvvəl onunla danışdıq. "Proqrama çıxmalıyam, stent qoymayaq" dedi. Stent taxılmadı.

Xəstəliyi ilə bağlı pis nəticələr yoxdu, qaraciyəri də normada idi. Sonra stent qoyuldu, amma o stent Mehmet Əli bəyin ömrünə son qoydu. Onun niyə öldüyünü hələ də anlamıram", - məşhur cərrah Vatan-a açıqlamasında deyib.

 





19.01.2013    çap et  çap et