525.Az

“Söz” ədəbi layihəsinin növbəti tədbiri keçiriləcək


 

“Söz” ədəbi layihəsinin növbəti tədbiri keçiriləcək<b style="color:red"></b>

Bu gün saat 18:00-da Nizami Kino Mərkəzində “Söz” adlı ədəbi layihənin növbəti tədbiri çərçivəsində Çingiz Abdullayevlə görüş olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin, ədəbi inkişafın stimullaşdırılmasına yönəldilmişdir.

Layihə ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatının dünyada tanıdılmasına və yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətlidir.

Məlumat üçün bildiririk ki, bu artıq "Söz" layihəsinin ikinci tədbiri olacaq. Layihənin rəhbəri Nigar Həsənzadədir. Layihə Mədəniyyət və Turizm Nazirliyinin, Nizami Kino Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Cavid QƏDİR

 





16.12.2015    çap et  çap et