525.Az

Abid Tahirli haqqında biblioqrafik göstərici nəşr olunub


 

Abid Tahirli haqqında biblioqrafik göstərici nəşr olunub<b style="color:red"></b>

Bugünlərdə tanınmış ədəbiyyatşünas ailm, publisist Abid Tahirlinin 60 illiyi münasibətilə biblioqrafik göstəriciləri əhatə edən kitab işıq üzü görüb.

Kitabı dosent Rasim Süleymanov tərtib edib.

Nəşrə Azərbaycan mühacirət ədəbiyyatının və mətbuatının fəal tədqiqatçısı A. Tahirlinin həyat və fəaliyyəti, eləcə də  1979-2015-ci illərdə dərc olunmuş materiallar daxildir.

Tərtibçinin qeydində göstərilir ki, kitabın əvvəlində verilmiş məqalələrdə Abid Tahirlinin yaradıcılıq yolunun aydın mənzərəsi yaradılıb:
 
"Burada Elçin, Anar, İsa Həbibbəyli kimi ustad sənətkarlardan tutmuş gənc müəlliflərin yazdığı məqalələrə qədər bütün materiallar ardıcıl şəkildə bütövlükdə və ya ixtisarla verilib, həmin yazıların dərc olunduğu mənbələr göstərilib. Biblioqrafik göstəricidə Abid Tahirlinin indiyədək çap olunmuş kitabları, məqalələri, eləcə də onun haqqında yazmış müəlliflərin əsərləri təsvir olunub".

S.ABDULLAYEVA

 





16.12.2015    çap et  çap et