525.Az

Vahid Məhərrəmovdan "Kəsilməyən atəş səsləri"


 

Vahid Məhərrəmovdan "Kəsilməyən atəş səsləri"<b style="color:red"></b>

Bu yaxınlarda hərbi müxbir, yazıçı Vahid Məhərrəmovun "Kəsilməyən atəş səsləri" kitabı nəşr edilib.

Kitaba müəllifin müxtəlif illərdə yazdığı hekayələr, publisistik məqalələr və "Cəza" povesti daxildir.

Müharibədən bəhs edən hekayələrin qəhrəmanları olan zabit və əsgərlər cəsarət və hünərləri ilə oxucuda rəğbət hissi oyadır. Əsərlərin mövzusu həyatdan götürülüb, reallığı əks etdirir. Müəllifin qəhrəmanları müxtəlif peşə adamları, sadə insanlardır.

Kitaba tənqidçi Vaqif Yusifli "Nağıllar, gerçəklər" adlı önsöz yazıb. V. Yusifli müəllifin kitabında müharibə ilə bağlı çox təsirli yazılarla qarşılaşdığını, V. Məhərrəmovun nəsr əsərləri ilə publisistik yazıları arasında üslubi bir yaxınlıq duyulduğunu diqqətə çatdırıb:
 
"Onun nəsri publisistik elementlərlə zəngin olduğu kimi, publisistik yazıları da nəsrə məxsus bədii çalarla müşayiət olunur.

Müəllif "Nələr qaldı illərin o üzündə" silsiləsindən olan yazılarda maraqlı etnoqrafik cizgilər təqdim edir. "Alleqorik hekayələr"də rəmzlər və simvollarla işləmək məharəti özünü göstərir".
 
Kitabdakı nəzm və nəsr əsərləri "Yazı masam səngər idi", "Yazılmamış gündəlik", "Nələr qaldı illərin o üzündə", "Düzü düz, əyrini əyri", "Alleqorik hekayələr", "Bir yarpaq poeziya", "Mənsur şeirlər", "Eşqdir mehrabı uca göylərin" başlıqlarında təqdim olunub. 

S. ABDULLAYEVA

 





16.12.2015    çap et  çap et