525.Az

Çində təmiz hava pulla satılır


 

Çində təmiz hava pulla satılır<b style="color:red"></b>

Çində restoran sahiblərindən biri müştərilərinə pul qarşılığında təmiz hava satmağa başlayıb.

Trend-in “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, ölkənin Cianqsu əyalətində yerləşən restoran sahibi aldığı hava təmizləmə cihazını müştərilərinə 1 yuana satıb. Lakin restoran barəsində araşdırmalara başlanılıb.

Digər tərəfdən, başqa bir sahibkar Kanadadan gətirdiyi “təmiz hava” doldurduğu şüşələri 400 yuana satmağa başlayıb.

Qeyd edək ki, ötən həftə Pekində havanın həddən artıq çirklənməsi səbəbindən qırmızı təhlükə səviyyəsi elan edilmişdi.

 





17.12.2015    çap et  çap et