525.Az

"Ərizə ilə müraciət etmişəm" - Vaqif Bəhmənli "Facebook"da yazdı


 

"Ərizə ilə müraciət etmişəm" - <b style="color:red">Vaqif Bəhmənli "Facebook"da yazdı</b> Vaqif Bəhmənlinin Mədəniyyət və Turizm Nazirliyində tutduğu vəzifədən azad edildiyi barədə məlumat yayılıb.

Şair bu barədə öz "Facebook" səhifəsində yazıb:

"Hörmətli jurnalistlər, əziz həmkarlar!

Mədəniyyət və Turizm Nazirliyindəki işimlə bağlı göstərdiyiniz hədsiz marağı nəzərə alıb bildirirəm ki, həqiqətən də mən yaradıcılıq işlərimin vacibliyi və sıxlığı səbəbindən Nazirliyin rəhbərliyinə tutduğum vəzifədən azad olunmağım üçün yazılı ərizə vermişəm.
 
Eyni zamanda şifahi olaraq xahiş etmişəm ki, müraciətimə mənim istəyimə uyğun yanaşılsın. Yəqin ki, tezliklə məsələ həllini tapar.

Adi və gündəlik həyat hadisəsini müzakirə mövzusuna çevirməyəcəyinizə görə sizə bəri başdan təşəkkürlərimi bildirirəm.

Hörmətlə, Vaqif Bəhmənli".
 





17.12.2015    çap et  çap et