525.Az

"Neft Daşları"nda itkin düşmüş 3 əməkdaşın ailəsinə 15 min manat veriləcək


 

"Neft Daşları"nda itkin düşmüş 3 əməkdaşın ailəsinə 15 min manat veriləcək<b style="color:red"></b> SOCAR “Neft Daşları”nda itkin düşmüş 3 neftçinin ailəsinə birdəfəlik maddi yardım verilməsini öz üzərinə götürüb.
 
"APA-Economics"in xəbərinə görə, dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı SOCAR-ın Nəqliyyat İdarəsinin itkin düşmüş əməkdaşları - buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə SOCAR tərəfindən 15 000 manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.
 





17.12.2015    çap et  çap et