525.Az

Əsgərimiz həlak oldu


 

Əsgərimiz həlak oldu <b style="color:red"></b>

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri silahdan açılan təsadüfi atəş nəticəsində dünyasını dəyişib.
 
DSX-dən 525.az-a verilən məlumata görə, hadisə Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında baş verib.

Məlumata görə, əsgər Elnur Şövkət oğlu Yusifov 2015-ci ilin dekabrın 16-da saat 15:45 radələrində sərhəd xidmətində olarkən silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunan avtomat silahdan açılan təsadüfi atəş nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, E.Yusifov 2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Fakt üzrə DSX və Respublika Hərbi Prokuror­luğu tərəfindən birgə araşdırma aparılır.

 





18.12.2015    çap et  çap et