525.Az

Akademik Rafael Hüseynov Böyük Britaniyada yüksək mükafatla təltif edildi


 

Akademik Rafael Hüseynov Böyük Britaniyada yüksək mükafatla təltif edildi<b style="color:red"></b>

Avropanın elmi-mədəni, ictimai-siyasi həyatında fəal iştirak edən Azərbaycan Milli Məclisinin deputatı, akademik Rafael Hüseynovun əməkləri Böyük Britaniyada yüksək mükafatla qeyd edilib.

Onun son 15 ildə Avropa Şurası Parlament Assambleyasının üzvü olaraq hazırladığı çoxsaylı məruzə və sənədlər, etdiyi çıxışlar, eləcə də Avropanın bir sıra aparıcı elmi mərkəzlərində keçirilən konfrans və sinpoziumlardakı məruzələri, 30-a yaxın dildə dərc edilən tədqiqi məqalə və kitabları qitədə demokratik dəyərlərin inkişafı, intellektual irsin tərəqqisinə töhfə kimi qiymətləndirilib.
 
“Avropa evi” quruculuğu istiqmətində xidmətləri nəzərə alınaraq akademik Rafael Hüseynov Böyük Britaniya və Şimali İrlandiyanın rəsmi qeydiyyatında olan “Birləşmiş Avropa mükafatı” prizi və medalı ilə təltif ediib. Avropa Rektorlar Klubu, Avropa Biznes Assambleyası və Avropa Akademiya İttifaqının təşkilatçılığı ilə Oksford şəhərində keçirilən mükafatlandırma mərasimində akademik Rafael Hüseynov xüsusi təltif nitqi ilə çıxış edərək deyib: “Hər canlının bir yuvası, hər insanın öz evi olur. Amma bizim hamımızın müştərək yuvamız bu balaca, qayğıkeş, gözəl Yer Kürəsidir. 100 il əvvəl, 2 əsr qabaq, 500 il öncə Yer Kürəsi indikindən daha böyük idi. Yəni əslində 100 il qabağa, 2 əsr əvvələ, 500 il öncəyə nisbətən Yer Kürəsi nə həcmcə, nə çəkicə dəyişib. Artan sürətlərdir, sıxlaşan əlaqələrdir, texniki tərəqqinin yüksələn səviyyəsidir.

Məhz bunlar ölkələr və xalqlar arsındakı məsafələri qısaldıb, yazınlaşmanı artırıb, zamanı daha yeyin edib.

Ona görə sanki dünyamız da əsrdən-əsrə, ildən-ilə kiçilir, yığcamlaşır, insanlarda bir-birlərinin qonşusu, yaxını olmaq təsəvvürləri də tədricən daha artıq dərinləşir. Sonsuz Kainatda üzən Gəmimizə - Yer Kürəsinə “qayğıkeş” dedim və bu əsassız deyil. Gözəllik qanunları ilə yaradılmış Yer Kürəsi bu nəhəng Evin başda insan olmaqla hər sakininin, hər canılsının rahat, ehtiyacsız, tox, firavan yaşaya bilməsi üçün hər şeyi tədarük edib. Bəs biz bizə bu cür nəvazişkar münasibət bəsləyən  Yerimizi necə qoruyuruq, onun qayğıkeşliyinə xeyirxah, qurucu əməlləriimizlə layiqincə cavab veririkmi? Zənnimcə, “Birləmiş Avropa Mükafatı”nın aşıladığı ilk həqiqət məhz insanı bu sual ətrafında düşünməyə dəvət etməkdir. Necə edək, nələri edək ki, dünyamız və Avropanı daha artıq qoruya, daha çox inkişaf etdirə, daha çox qayğıyla əhatə edə  bilək? Son bir neçə əsrdə dünyanın siyasi, iqtisadi, intellektual, mədəni həyatında Avropanın tutduğu aparıcı mövqe şəksizdir. Avropa lap çoxdan dünyanın mərkəzi olmaq vəzifəsini yerinə yetirməkdədir.

Birləşmiş Avropa bu gün dünyada əsas söz sahiblərindənir və həmin birləşmə qüvvətləndikcə bu sözün kəsəri də, söz yox ki, artacaqdır. İnsanları bir-birlərinə ən çox birləşdirən və bir-birindən də ən çox ayıran xüsusiyyət sərvətləri əldə etmək və bölüşmək istəydir. Lakin elə sərvətlər də var ki, onları əldə etmək də, bölüşdürmək də həmişə insanları yalnız birləşməyə, yaxınlaşmağa aparır. Bu sərvətlər elmdir, təhsildir, mədəniyyətdir, ali mənəvi ideallardır. Biz ortaq evimiz Avropanı, müştərək yuvamız olan dünyanı daha gözəl, daha yaşamalı etmək istəyiriksə, səylərimizi həmin sərvətləri artırmağa, o dəyərləri inkişaf etdirməyə yönəltməliyik ki, məhz onlar bölüşdürüldükcə artır, bölüşdürüldükcə insanları, xalqları, dövlətləri bir-birlərindən ayırmağa yox, əksinə, daha sıx birləşdirməyə, həmrəy, həmfikir olmağa səfərbər edir. 2001-ci ildən bəri mən Avropa Şurası Parlament Assambleyasının üzvü olaraq bir sıra məruzələr hazırlamışam və həmin məruzələrlə bağlı qəbul edilmiş qətnamələrdəki tövsiyyələr Avropa Şurası Nazirlər Komitəsi tərəfindən 47 üzv ölkəyə icra üçün yönəldilib.
 
Ümumavropa problemlərinə həsr edilmiş “Avropada ali təhsil məkanının coğrafi ümumiliyi  və beynəlxalq açıqlığı”, “Avropada qaçqın və məcburi köçkünlərin təhsili”, “Avropada jurnalistlərin peşəkar təhsili və treninqi”, “Avropada hərbi münaqişələr və ətraf mühit”, “Etiqad azadlığı və demokratik cəmiyyətdə birgəyaşayış” və digər belə araşdırmaların məqsədi Avropanın daha artıq bütövləşməsi, daha mökəm birləşməsinə nail olmaqdır”. Akademik R.Hüseynov nitqində Azərbaycan mövzusuna da yer ayıraraq deyib: “XII əsrdə Azərbaycanın o dövrlərdə bütün mədəni aləmdə məşhur olan, qadın hüquqlarının qorunması və azadfikirlilik baxımından dünya tarixində silinməz izlər qoyan, çox mütərəqqi bir qadını yaşayıb. Mütəfəkkir şairə, musiqiçi, şahmatçı, səyyah olan Məhsəti Gəncəvi. Onun haqqında yazdığım monoqrafiya Avropanın 20-dən çox dilinə tərcümə edilib. Bunun da “Birləşmiş Avropa” anlayışı baxımından məntiqi var. Çünki əslən Azərbaycandan çıxsa da, bu 900 yaşlı dahi qadının mahiyyət etibarı ilə köhnəlməz olan düşüncə və duyğuları, indi də müasir səslənən ümümbəşəri çağırışları bütün Avropa və tamam dünyaya məxsusdır.

Demək, onun haqqında yazılan əsərin də, onun özünün ədəbi və fəlsəfi yadigarlarının da daha çox Avropa dillərinə tərcüməsi nəticə etibarı ilə Aropanın bütövləşməsinə, bütünləşməsinə xidmət edirş Bütün bunlar bir daha nümayiş etdirir ki, biz yalnız içərisndə yaşadığımız dar coğrafiyadakı deyil, bütün Avropa ərazisində, bütün tarix boyu yaradılmış irsin bərabərhüquqlu sahibiyik. Təbii ki, bunları bölüşməyə, əldə etməyə, bu minvalla da daha artlq bütövləşməyə durmadan can atmalıyıq”.

Nitqinin son hissəsində Azərbaycan təmsilçisi, 40-a yaxın ölkənin nümayəndələrinin qatıldığı tədbirin iştirakçılrını daha sağlam Avropa Evi quruculuğu naminə ortaq dəyərlər ətrafında daha sıx birləşməyə çağırıb: “Böyük alman filosofu Hegel yazırdı: “Zəiflər birləşirsə güclü, güclülər birləşəndə məğlubedilməz olurlar”. Biz zəiflərdən yox, güclülərdənik. Hamımızın rəmzi Vətəni olan Qitəmiz də müasir dünyanın önündə gedən möhtəşəm güclərdəndir. Amma əlbəttə ki, sadəcə güclü olmaqdansa, daha güclü olmaq, yenilməz olmaq, məğluedilməz olmaq qat-qat əhəmiyyətli və şərəflidir. Daim elə dəyərlər, elə sərvətlər, elə ideallar ətrafında birləşmək uğrunda mübarizə aparaq ki, ortaq evimiz saydığımız Avropa indikindən xeyli bütöv, yenilməz, məğlubedilməz olsun! Mükafata görə ən dərin təşəkkürlərimi qəbul edin! Bugünədək gördüyüm işlərisə, sadəcə, gələcəkdə görəcəyim daha mühüm, daha böyük işlər üçün müqəddimə hesab edin!”.

Akademik Rafael Hüseynovun ona “Birləşmiş Avropa Mükafatı” prizi və medalının təqdimat mərasimindəki nitqi böyük maraqla qarşılanıb.

 





18.12.2015    çap et  çap et