525.Az

DGK sədri Şirvanda vətəndaşları qəbul edəcək


 

DGK sədri Şirvanda vətəndaşları qəbul edəcək<b style="color:red"></b> Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev dekabrın 25-də  saat 11:00-da Şirvan şəhərində Şirvan Gömrük İdarəsinin inzibati binasında (Naxçıvan pr. 1/6) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
 
DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Şirvan, Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
 
Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 24-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
 





18.12.2015    çap et  çap et