525.Az

Dillər Universitetinin "Debat" klubu çempion olub


 

Dillər Universitetinin "Debat" klubu çempion olub<b style="color:red"></b>

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən "Debat" klubu "Ekologiyanın çirklənməsi təbii prosesdir" mövzusunda keçirilən açıq turnirdə çempion olub.

Universitetdən verilən məlumata görə, ADU və Qərb Universitetinin "Debat" klublarının təşkilatçılığı ilə Qərb Universitetində baş tutan açıq turnirdə universiteti 2 komanda təmsil edib.

13 universitetdən 36 komandanın iştirak etdiyi turnirdə ADU komandalarından biri yarımfinal mərhələsinə qədər yüksəlib, digəri isə final mərhələsini oyunun çempionu olaraq başa vurub.

Eyni zamanda Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbəsi, "Debat" klubunun sədri Ləman Ələsgərova 25 hakim arasında keçirilən turnirdə "Ən yaxşı hakim" adı qazanıb.

Onu da bildirmək yerinə düşər ki, universitetin "İntellektual" klubu da 40-dan çox komanda arasında keçirilən yarışda III yerə sahib olub.

Vəfa MƏMMƏDLİ

 





18.12.2015    çap et  çap et