525.Az

FİFA-nın bank hesabları donduruldu


 

FİFA-nın bank hesabları donduruldu<b style="color:red"></b>

FİFA-nın İsveçrədəki banklardakı hesabı dondurulub.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ABŞ Ədliyyə Nazirliyinin istəyi ilə FİFA-nın 10 bankda olan 50 hesabından istifadəsinə qadağa qoyulub. 

Ali futbol qurumunda rüşvət qalmaqalı və FİFA-nın bir neçə yüksəkçinli nümayəndəsinin həbsi səbəbindən bu addım atıldığı bildirilib.

FİFA-ya üzv olan bir çox federasiyasının banklardakı hesabı olduğu, bu hesabların da dondurulma ehtimalının mümkünlüyü bildirilib.

 





18.12.2015    çap et  çap et