525.Az

İsrail səfiri Tibb Universitetində


 

İsrail səfiri  Tibb Universitetində<b style="color:red"></b>

Bu gün İsrail Dövlətinin Azərbaycandakı Səfiri Dan Stav və missiya rəhbərinin müavini Arnir Rom ATU-nun qonağı olub.

Universitetdən verilən məlumata görə, ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev universitetin fəaliyyəti barədə qonaqlara məlumat verib.

Onun sözlərinə görə, bu ali təhsil ocağı 1919–cu ildə Bakı Dövlət Universitetinin tərkibində fakültə kimi yaradılıb. 1930-cu ildən isə müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başlayb:
 
"Universitetimiz bu il müstəqil universitet kimi 85 yaşını, fakültə kimi isə 96-cı yaşını qeyd edib".

ATU-nun professor-müəllim heyəti haqqında da məlumat verən prorektor S.Əliyev bildirib ki, 6 fakültəsi olan bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə 1300 nəfər akademik personal çalışır: "Hazırda universitetdə 7000-dən çox tələbə və rezident, həmçinin 1000-dən çox xarici ölkə vətəndaşları olan tələbələr təhsil alırlar".

Prorektor S.Əliyev həmçinin ATU-nun nəzdindəki klinikalar barədə məlumat verib.

İsrail Dövlətinin Azərbaycandakı Səfiri Dan Stav öz növbəsində qonaqpərvərlik üçün təşəkkür edərək, burada olmaqdan məmnunluğunu bildirib. Qonaq gələcəkdə qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün əlindən gələcəyini deyib.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova İsrailin ali təhsil müəssisələri ilə ATU arasındakı əlaqələrdən danışıb. O ATU-nun bir sıra beynəlxalq layihələrdə yer aldığını, tələbələrin qarşılıqlı mübadilə proqramına qoşulduğununu da xatırlatdıb.

Daha sonra ATU-nun xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyev hal hazırda ATU-da 4 İsrailli tələbənin təhsil aldığını bildirib.O, həmçinin xarici tələbələr, onlar üçün yaradılan şərait haqqında da geniş məlumat verib.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə şöbə müdiri Nadir Zeynalov da iştirak edib.

Vəfa MƏMMƏDLİ

 





18.12.2015    çap et  çap et