525.Az

"Qəbələ" Qriqorçukla yeni müqavilə imzalayır


 

"Qəbələ" Qriqorçukla yeni müqavilə imzalayır <b style="color:red"></b>

“Komandamız son oyunlarda uğursuz nəticələr göstərir. Lakin Roman Qriqorçukun komandadan gedişi müzakirə mövzusu deyil”.

525.az-ın Futbolxeber.az-a istinadən yaydığı məlumata görə, bunu “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

F.Nəcəfov ukraynalı mütəxəssisin gələcək fəaliyyəti haqda bunları deyib: “Bunu ilk dəfə sizə açıqlayıram. Qriqorçukla yeni müqavilə imzalayacağıq. Artıq danışıqlarımız olub. Bildiyiniz kimi, baş məşqçimizlə müqaviləmiz bu mövsümün sonunda başa çatır. Sözləşməni daha bir illiyinə artıracağıq”.

Klub rəsmisi transfer çalışmalarından da danışıb: “Gizlətmirəm, Rahid Əmirquliyev maraq dairəmizdədir. Onunla danışıqlar aparırıq. Floresku, Fakunde Pereyra komandadan ayrılır. Onlardan başqa kimlərin gedəcəyi hələ məlum deyil”.

 





18.12.2015    çap et  çap et