525.Az

“Günəşli” yatağında xəsarət alan neftçilərdən ikisi evə buraxılıb


 

“Günəşli” yatağında xəsarət alan neftçilərdən ikisi evə buraxılıb<b style="color:red"></b> SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 2 nəfəri evə buraxılıb.

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, xəstəxanada olan neftçilərin müalicəsi davam etdirilir.

Onun sözlərinə görə, neftçilər-Məlahət Əliyeva və Heydər Abbasov səhhətlərində problem olmadığına görə bu gün evə buraxılıblar: “Hazırda xəstəxanada olan 13 neftçinin müalicəsi davam edir”.
 
Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.
 





18.12.2015    çap et  çap et