525.Az

"Azərpoçt"un 3 filial rəhbəri işdən qovuldu


 

"Azərpoçt"un 3 filial rəhbəri işdən qovuldu<b style="color:red"></b> "Azərpoçt" MMC-nin 3 filialının rəhbəri işdən qovulub.
 
"APA-Economics"ə daxil olan xəbərə görə, Quba, Neftçala və Qazax rayon poçt filiallarının rəisləri fəaliyyətində yol verdiyi nöqsanlara görə tutduğu vəzifələrindən azad olunublar.
 
Bildirilir ki, bu addım Rabitə v Yüksək Texnologiyalar Nazirliyində aparılan islahatlar çərçivəsində atılıb:

"Fəaliyyətində nöqsanlara yol verən "Azərpoçt" MMC-nin filial rəislərinin siyahısı var. Yaxın günlərdə digər siyahıda adları olan filial rəhbərləri də işindən azad olunacaq".
 





18.12.2015    çap et  çap et