525.Az

(Nat-i şərif ) şeir müsabiqəsi


 

(Nat-i şərif )<b style="color:red"> şeir müsabiqəsi</b>

Türkiyə Cümhuriyyəti Səfirliyinin Din Xidmətləri Müşavirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Yazıçılar Birliyi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə Hz. Məhəmməd (s.a.s) Peyğəmbərin doğum günü ərəfəsində Peyğəmbərimizi vəsf edən

(Nat-i şərif ) şeir müsabiqəsi elan edir.

Müsabiqənin şərtləri:

 Müsabiqəyə heç yerdə çap olunmamış yeni şeirlər qəbul olunur.
Təqdim olunarkən şeir yazılmış vərəqədə müəllifin nə adı, nə də imzası olmamalıdır.
Şeir zərfdə təqdim olunmalı, həmin zərfin içində müəllifin imzası və şeirin adı olan digər bağlı bir zərf olmalıdır.
Qiymətləndirmə bitib, qalib yerlər məlum olduqdan sonra müəllif adları olan zərflər münsiflər heyəti tərəfindən açılacaqdır.
Şeirlər 20.01.2013 tarixindən – 30.03. 2013-cü il tarixinə qədər təqdim olunmalıdır.
Şeirlər aşağıdakı ünvana müəllif tərəfindən şəxsən təqdim edilməlidir.
Müsabiqədə qalib gələn şairlər 2013-ci il aprel  ayının 18-i  keçiriləcək təntənəli təqdimatda elan edilərək mükafatlandırılacaqdır.
 

Mükafatlar:

1 ədəd  1 - ci yer - 5000 (beş min dollar)
2 ədəd 2 - ci yer - hər biri 2000  (iki min dollar)
3 ədəd  3 - cü yer - hər biri 1000 (min dollar)
5 ədəd həvəsləndirici yer - hər biri 500  (beş yüz dollar)
 

 Əsərləri bu  ünvana təqdim edə bilərsiniz:

Az 1000, Bakı şəhəri, Azərbaycan Yazıçılar Birliyi, Xaqani 25.

 





21.01.2013    çap et  çap et