525.Az

İlqar Fəhminin kitablarının təqdimat mərasimi keçiriləcək


 

İlqar Fəhminin kitablarının təqdimat mərasimi keçiriləcək<b style="color:red"></b>

Dekabrın 23-ü, saat 17:00-da Kitabevim.az kitab mağazasında Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı  İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş külliyyatından “Son reportaj”, “Nostalji”, “Sən kimsən, Səfəvi?” və “Bu gündən dünənə” adlı ilk 4 kitabının təqdimat mərasimi keçiriləcək.

Mərasimdə KİV nümayəndələrinin, yazarın qələm dostlarının və ictimai-siyasi xadimlərin iştirakı gözlənilir.

Tədbirin sonunda müəllif oxucuları üçün kitabları imzalayacaq.

Qeyd edək ki,  “XAN” nəşriyyatında İlqar Fəhminin 12 cildlik külliyyatından daha 4 kitab “Kinoromanlar” , “Telepyeslər” , “Ssenarilər toplusu”  və “Bakı tarixindən kollaj” çapa hazırlanır.

Senet.az

 





20.12.2015    çap et  çap et