525.Az

Mil-Muğan bölgəsində dabaq əleyhinə peyvəndləmə işləri aparılır


 

Mil-Muğan bölgəsində dabaq əleyhinə peyvəndləmə işləri aparılır<b style="color:red"></b> Sabirabad, İmişli, Hacıqabul, Salyan, Neftçala və Saatlı rayonlarında dabaq əleyhinə peyvəndləmə işləri aparılır.
 
Rayonların Baytarlıq idarələrindən APA-nın Mil-Muğan bürosuna bildirilib ki, qonşu ölkələrdə dabaq xəstəliyi yayıldığından Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rayon şöbələri xəstəliyin ölkəmizdə yayılmasının qarşısını almaq məqsədi ilə peyvəndləmə işlərinə start verib. İşləri ilk növbədə rayonların sərhəd yaşayış məntəqələrində aparılır.
 
Eyni zamanda Avropadan ölkəmizə gətirilən iribuynuzlu cins heyvanlardan dabaq xəstəliyi ilə yanaşı, brusellyoza qarşı da qan nümunələri götürülür.

Xaricdən gətirilən heyvanlar arasında yoluxucu xəstəliklər qeydə alınmayıb, bununla belə  həmin heyvanlar da peyvəndləməyə cəlb edilir.
 
Peyvəndləmə işləri davam etdirilir.
 





19.12.2015    çap et  çap et