525.Az

MTN polkovnikinin həbsxanada özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb


 

MTN polkovnikinin həbsxanada özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb<b style="color:red"></b> Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.
 
APA-nın məlumatına görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin  125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları İ. Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında araşdırmaları davam etdirir.
 
Qeyd edək ki, bu gün İ. Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb.
 
Xatırladaq ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunmuşdu.
 





20.12.2015    çap et  çap et