525.Az

​"Barselona" Dünya Klub Çempionatının qalibi oldu


 

​"Barselona" Dünya Klub Çempionatının qalibi oldu<b style="color:red"></b>

İspaniyanın "Barselona" klubu Yaponiyada keçirilən futbol üzrə Dünya Klub Çempionatının finalında Argentina "River Pleyt"ini 3:0 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, oyunda hesabı 36-cı dəqiqədə Lionel Messi açıb.

Ardınca ikinci hissənin əvvəlində Luis Suares komandasının üstünlüyünü möhkəmləndirib. 68-ci dəqiqədə isə o dublunu rəsmiləşdirərək yekun nəticəni müəyyən edib.

Beləliklə, "Barselona" Dünya Klub Çempionatında üçüncü dəfə qalib gəlməklə rekorda imza atıb.

 





21.12.2015    çap et  çap et