525.Az

“Günəşli” yatağında xəsarət alan neftçilərdən 4-ü evə buraxılıb


 

“Günəşli” yatağında xəsarət alan neftçilərdən 4-ü evə buraxılıb<b style="color:red"></b> SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 4-ü evə buraxılıb.
 
MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, xəstəxanada olan neftçilərin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, neftçilər - Rəşid Hüseynov, Raman Yusubov, Ədalət Dadaşov və İsmayıl Mehdiyev müalicələri baş çatdığı üçün evə buraxılıblar: “Hazırda xəstəxanada olan 10 neftçinin müalicəsi davam edir”.
 
Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.
 





21.12.2015    çap et  çap et