525.Az

"525-ci qəzet" ilin ən yaxşısı oldu


 

"525-ci qəzet" ilin ən yaxşısı oldu <b style="color:red"></b>

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası(AİJA) hər il olduğu kimi 2015-ci ildə də müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarını müəyyənləşdirib.

Builki seçimlər "525-ci qəzet" üçün xüsusilə əlamətdar olub. Belə ki, sözügedən mətbu orqan ilin qəzeti adına layiq görülüb.

Qaliblərin siyahısını təqdim edirik.

2015-Cİ İLİN İDMAN LAUREATLARI

İLİN İDMAN XADİMİ

Mehriban Əliyeva
Azərbaycanın Birinci Xanımı, Bakı2015 Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri

İLİN İDMAN TƏŞKİLATÇISI

Arif Rəhimov Formula-1 üzrə "Bakı Şəhər Halqası” şirkətinin rəhbəri

İLİN İDMAN JURNALİSTİ

İdman qəzetləri üzrə Səadət Hakıyeva ("Olimpiya dünyası”)
Futbol qəzetləri üzrə Həbib Aslanov ("Futbol+”)
İdman jurnalları üzrə Anar Əhmədov ("Olimp sport”)
Rayon qəzetləri üzrə İbrahim Şükürov ("Yeni həyat”, Masallı)
İctimai-siyasi qəzetlər üzrə Sahib Əsədbəyli ("Ədalət”)
Televiziya Sənan Şəfizadə (ATV)
İnformasiya agentlikləri üzrə Tengiz Məmmədov (APA)
İnternet portalları üzrə Kənan Məstəliyev (rekord.az)

İLİN FOTOREPORTYORU

Eldəniz Bədəlov AFFA, "Futbol dünyası”

İLİN QƏZETİ

İdman qəzetləri arasında "Olimpiya dünyası”
Futbol qəzetləri arasında "Futbol+”
Rəsmi qəzetlər arasında "Xalq qəzeti”
İctimai-siyasi qəzetlər arasında "525-ci qəzet”
Rus dilində çıxan qəzetlər arasında "Exo”

İLİN İDMAN TELEKANALI

İctimai Televiziya

İLİN İDMAN RADİOSU

Azərbaycan Radiosu

İLİN İDMAN NƏŞRİ

"Şuşalı Qaçay pəhləvan” kitabı, Bakı-2015. Müəllif: Əbülqasım Yəhya oğlu Novruzov

İLİN İDMAN MƏTBUAT XİDMƏTİ

Peşəkar Futbol Federasiyasının (PFL) mətbuat xidməti

İLİN İNTERNET PORTALI

İdman saytları arasında "apasport.az”
İnformasiya saytları arasında "report.az”

İLİN İDMANI ƏN YAXŞI İŞIQLANDIRAN İNFORMASİYA AGENTLİYİ

AzərTAC

İLİN İDMANÇISI

(qadınlar)
1. Boyanka Kostova ağırlıqqaldırma, dünya çempionu
2. İrina Zaretskaya karate üzrə Avropa oyunlarının çempionu
3. İradə Əliyeva nizəatma üzrə dünya çempionu (paralimpiya)
(kişilər)
1. Elvin Məmişzadə boks, dünya çempionu
2. İlham Zəkiyev cüdo, Avropa çempionu, dünya kubokunun qalibi (paralimpiya)
3. Oleq Stepko idman gimnastı, Avropa oyunlarında 5 medal qazanıb

İLİN KOMANDASI

1. "Qarabağ” FK Ölkədaxili yarışlarda və Avrokuboklarda uğurlu çıxış
2. Boks üzrə milli komanda (kişilər) Dünya çempionatında yüksək nəticə
3. Taekvondo üzrə milli komanda Dünya kubokunun qalibi

İLİN MƏŞQÇİSİ

1. Pedro Roque boks üzrə milli komandanın baş məşqçi
2. Qurban Qurbanov "Qarabağ” FK-nın baş məşqçisi
3. Reza Mehmandost Taekvondo üzrə milli komandanın baş məşqçisi

İLİN İDMAN HAKİMİ

Əliyar Ağayev Futbol, Avropa Liqasının qrup oyunu

İLİN İDMAN AZARKEŞİ

Fədai Rəhimov

 





21.12.2015    çap et  çap et