525.Az

Uşaqlar üçün ensiklopediya hazırlanır


 

Uşaqlar üçün ensiklopediya hazırlanır<b style="color:red"></b> Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Hər suala bir cavab" adlı ensiklopediya tərtib edir.

Mərkəzdən 525.az-a verilən məlumata görə, təxminən on cilddən ibarət olacaq ensiklopediyada orta məktəb şagirdlərinə, eləcə də yeniyetmələrə lazım olan məlumatlar toplanacaq.

Ensiklopediyanın hazırlanmasında müxtəlif xarici mənbələrdən istifadə olunub. Azərbaycana dair məlumatların isə ayrıca bir cilddə nəşri nəzərdə tutulub.

Qeyd edək ki, ensiklopediyanın birinci cildi 2016-cı ilin əvvəlində oxuculara təqdim olunacaq.

Cavid QƏDİR
 





22.12.2015    çap et  çap et