525.Az

Rüfət Səfərov prokurorluq orqanlarından xaric edildi


 

Rüfət Səfərov prokurorluq orqanlarından xaric edildi<b style="color:red"></b> Eldar Sabiroğlunun oğlu prokurorluq orqanlarından xaric olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq  prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.
 
İcra və əmək intizamının, eləcə də  prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.
 
Qeyd edək ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.
 





22.12.2015    çap et  çap et