525.Az

DİN Xəzərdə batdığı ehtimal edilən balıqçılarla bağlı məlumat yayıb


 

DİN Xəzərdə batdığı ehtimal edilən balıqçılarla bağlı məlumat yayıb<b style="color:red"></b> Daxili İşlər Nazirliyi (DİN) Xəzər dənizində batdığı ehtimal edilən balıqçılarla bağlı məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 21-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Mustafa Quliyev, Kotec qəsəbə sakini Bəndəli Əliyev və Şabran rayon sakini  Salamat Qasımov balıq tutarkən qayıq aşıb.
 
B. Əliyev digər balıqçılar tərəfindən xilas edilib, M.Quliyevin və S.Qasımovun tapılması istiqamətində tədbirlər görülür.
 





22.12.2015    çap et  çap et