525.Az

​Tbilisidə polis UEFA-nın menecerini maşınla vuraraq öldürüb


 

​Tbilisidə polis UEFA-nın menecerini maşınla vuraraq öldürüb<b style="color:red"></b>

Gürcüstanlı sabiq futbolçu və UEFA-nın meneceri David Petriaşvilini polis maşını vurub.

"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisidə baş verib.

46 yaşlı Petriaşvili hadisə nəticəsində ölüb. Onun ölümü ilə bağlı "Avtomobil idarə edərkən təhlükəsizlik qaydalarının pozulması və insan ölümünə səbəb olma" maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, David Petriaşvilinin atası - keçmiş futbolçu Quram Petriaşvili də 2002-ci ildə avtomobil qəzasında həyatını itirib.

 





22.12.2015    çap et  çap et