525.Az

Ələsgər Məmmədoğlu dəfn olunub


 

Ələsgər Məmmədoğlu dəfn olunub<b style="color:red"></b>

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu ilə vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, aktyorun evində keçirilən vida mərasimində Ələsgər Məmmədoğlunun sənət dostları, ailə üzvləri iştirak edib.

Ələsgər Məmmədoğlunun həyat yoldaşı Nazilə Məmmədova bildirib ki, aktyor dekabrın 21-də saat 21:35-də vəfat edib:

"Dünən axşam kitab oxuyurdu, qəfildən əlinin otağın pəncərəsinə dəydiyini gördüm. Tez otağa girdim. Xırıldayırdı. O, bir dəqiqənin içində vəfat etdi. Xəstəliyinin ağırlıq dərəcəsini özü bilmirdi. Ona heç nə deməmişdik. Həmişə deyirdi ki, 70 yaşına kimi heç yerim ağrımayıb. Bu xəstəlik hardan gəldi bilmirəm..."

 





22.12.2015    çap et  çap et