525.Az

Quba-Xınalıq yolunda qar uçqunu


 

Quba-Xınalıq yolunda qar uçqunu<b style="color:red"></b>

Quba-Xınalıq yolunda qar uçqunu olub.

Trend RTV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

Qar uçqunu yolun 36 və 37-ci km-də qeydə alınıb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb.

Əraziyə Quba 6 saylı Yol İstismar İdarəsinin texnikası cəlb olunub. Yolda hərəkətin bərpası üçün işlər davam etdirilir.

 





22.12.2015    çap et  çap et