525.Az

"Azərbaycan"ın dekabr sayı


 

"Azərbaycan"ın dekabr sayı<b style="color:red"></b>

Bugünlərdə "Azərbaycan" jurnalının dekabr sayı nəşr olunub.
 
Jurnalın ilk səhifələri Yusif Səmədoğlunun 80 illik yubileyinə həsr edilib. Burada professor Nizami Cəfərovun, yazıçı Pərvinin, dramaturq Əli Əmirlinin və yazıçı-publisist Elmira Axundovanın Y.Səmədoğludan bəhs edən yazıları verilib.

Jurnalın "Poeziya" rubrikasında Əlizadə Nurinin, Asim Yadigarın, Qalib Şəfahətin, Narıngülün, İsmayıl İmanzadənin, Hüseyn Hatəmin, Xasay Mehdizadənin və Fikrət Əsədin şeirləri var.

Qorxmaz Şıxalıoğlunun "Qış" hekayəsi, Vaqif Nəsibin "Sənsizlik, mənsizlik, onsuzluq" üç hekayət romanı "Nəsr" bölməsində yer alıb.

"Yeni tərcümələr" rubrikasında Ales Badakın "İdeal oxucu" hekayəsi Kamran Nəzirlinin tərcüməsində işıq üzü görüb.

"Portret cizgiləri" bölməsində şair Qəşəm Nəcəfzadə "Şahmatın dramaturgiyası" yazısı ilə Səyavuş Məmmədzadədən söz açıb.

"Ədəbi gənclik" bölümündə isə Sərvər Kamranlının, Şahanə Müşfiqin, İltimas Səmiminin, Mayisə Əsədullaqızının şeirləri və Rəşad Mahmudoğlunun hekayələri dərc olunub. Jurnalın bu sayında tənqidçi Vaqif Yusifli "Ədəbi hadisə" məqaləsində Elçinin "Baş" romanından söz açıb.

Sonda isə, ənənəvi olaraq, yeni işıq üzü görmüş kitablar haqqında annotasiyalar qeyd olunub.

Müşfiq ŞÜKÜRLÜ

 





22.12.2015    çap et  çap et