525.Az

“Şahdağ” Turizm Kompleksi MDB dağ-xizək kurortları üzrə TOP-10-da


 

“Şahdağ” Turizm Kompleksi MDB dağ-xizək kurortları üzrə TOP-10-da<b style="color:red"></b> “Şahdağ” Qış-Yay Turizm Kompleksi MDB ölkələrinin dağ-xizək kurortları üzrə tərtib edilmiş reytinqin ilk onluğunda yer alıb.
 
APA-nın məlumatına görə, məşhur turizm xidməti  Travel.ru  “Forbes” ilə birlikdə yanvar ayı üçün MDB məkanı üzrə viza tələb olunmayan münasib (oteldə qalmaq haqqı, nahar, və s. xidmətlər nəzərə alınmaqla - Oktogo.ru saytının məlumatına əsasən) dağ-xizək kurortlarının TOP-10 reytinqini tərtib edib. 
 
Belokurixa (Altay, Rusiya) – 3200 rubl (adambaşına gündəlik xərc)
Loqoysk (Minsk, Belarus) – 3400 rubl
Zavyalixa (Çelyabinsk, Rusiya) – 3400 rubl
Krasnaya sopka (Kamçatka, Rusiya) – 3400 rubl
Qaragöl (Bişkek, Qırğızıstan)  - 3500 rubl
Çimqan (Taşkent, Özbəkistan) – 3500 rubl
Şahdağ (Azərbaycan) – 3700 rubl
Bukovel (Ukrayna) – 3800 rubl
Bakuriani (Gürcüstan) – 4100 rubl
Şımbulak (Qazaxıstan) – 4300 rubl   
 
Şahdağ Turizm Mərkəzi adını Azərbaycanın, Qusar rayonu ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin dəniz səviyyəsindən 4243 m hündürlükdə olan zirvəsi, Şahdağ zirvəsinin adından götürülüb. 2012-ci ildə istifadəyə verilib.

Qusar şəhərinin 25 kilometrliyində yerləşir.
 





23.12.2015    çap et  çap et