525.Az

Nazirdən devalvasiyanın turizm sektoruna təsirinə münasibət


 

Nazirdən devalvasiyanın turizm sektoruna təsirinə münasibət<b style="color:red"></b>

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərkəzi Bankın manatın üzən məzənnəyə keçməsi qərarının turizm sektoruna təsir edib-etməyəcəyi məsələsinə münasibət bildirib.

“Report”un xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, xarici valyuta ilə müəyyən olunan qiymətlərdə dəyişikliklər olacaq.

Əbulfəs Qarayevin sözlərinə görə, Azərbaycanın daxilində manatla aparılan xidmətlərin qiyməti süni şəkildə artırılmamalıdır:
 
"Artırılma olacaqsa, o, ümumi ölkənin iqtisadi bazarına uyğun şəkildə aparılmalıdır. Bazarda qidanın qiyməti qalxacaqsa, həmin qidanın oteldə təqdim edilməsi sözsüz ki, bahalaşacaq. Amma ümumi şəkildə ölkədə tənzimlənən mexanizmlər düzgün qurulsa, biz buna əminik ki, o zaman qiymətlərin suni şəkildə artırılmasını müşahidə etməyəcəyik”.

 





23.12.2015    çap et  çap et