525.Az

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib


 

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib<b style="color:red"></b>

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən qurumun vitse-prezidenti seçilib.

APA-nın Avropa bürosunun xəbərinə görə, S. Seyidov AŞPA-nın qış sessiyasının ilk günündə keçirilən iclasda qurum sədrinin müavinlərinin seçimlərinə dair prosedura uyğun olaraq növbəti dəfə bu posta təsdiqlənib.
 
Qeyd edək ki, S. Seyidov əvvəllər də AŞPA-nın vitse-prezidenti olub.

 





21.01.2013    çap et  çap et