525.Az

AFFA Klublar Komitəsində yeni sədr


 

AFFA Klublar Komitəsində yeni sədr<b style="color:red"></b>

Bu gün AFFA Klublar Komitəsinin 2015-ci ilin son iclası keçirilib.

525.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, iclasda Komitəyə yeni sədr seçilib.

Qarşıdakı 1 il müddətində Komitəyə Fikrət Hüseynov rəhbərlik edəcək. Üzvlər arasında keçirilmiş səsvermə nəticəsində AZAL klubunun vitse-prezidenti daha çox səs toplayıb.

Səsvermənin nəticələri:

AZAL - 6
Qəbələ - 2
Sumqayıt - 1

Qeyd edək ki, bundan öncə Komitəyə "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov rəhbərlik edib. O, bugünkü iclasda öz namizədliyini irəli sürməyib.

 





24.12.2015    çap et  çap et