525.Az

Varisin Moskvada çıxan kitabının təqdimatı olub


 

Varisin Moskvada çıxan kitabının təqdimatı olub<b style="color:red"></b>

Beynəlxalq Mətbuat Mərkəzində yazıçı Varisin Moskvada çap edilən "Yanvarın 13 günü" kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, müəllif bildirib ki, 2015-ci ilin Rusiyada "Ədəbiyyat ili" elan olunması münasibəti ilə Moskva Ədəbiyyat Mükafatı elan olunub:

"Həmin mükafatın qısa siyahısına düşən 20 yazıçı arasında mənim də adım var. Finalçılar Rusiyanın məşhur "Sovremenniki i klassiki" vintaj seriyasından kitab çap etdirmək hüququ qazanıblar. 70 cilddən ibarət və ilk cildi Lev Tolstoyun "Hərb və Sülh" romanı olan seriyanın 20 cildi mükafatın finalçılarına ayrılıb".

Yazıçı bildirib ki, çap olunacaq kitabların Moskvada təqdimatı keçiriləcək və "LitRes" elektron kitab ticarətçisinin şəbəkələrində satışa çıxarılıb.

Müəllifin sözlərinə görə, əsərdə Azərbaycanın tolerantlığına və Qarabağ mövzusuna da yer ayrılıb.

 





24.12.2015    çap et  çap et