525.Az

Sabah Maşallah Əhmədovun şikayətinə baxılacaq


 

Sabah Maşallah Əhmədovun şikayətinə baxılacaq<b style="color:red"></b>

Həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti dekabrın 25-də məhkəmə iclası keçiriləcək. 

Qol.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M. Əhmədovun barəsində dekabrın 17-də Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmin qərardan M. Əhmədovun vəkili şikayət verərək həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.

 





24.12.2015    çap et  çap et