525.Az

Azərbaycan "TURAZ Şahini təlimləri"nə dəstək verəcək


 

Azərbaycan "TURAZ Şahini təlimləri"nə dəstək verəcək<b style="color:red"></b>

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında "TURAZ Şahini təlimləri" üçün sahib ölkə dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmanla iki ölkə arasında 2015-ci il avqustun 14-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilməlidir.

Azərbaycanın Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycanın Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərməlidir.

 





24.12.2015    çap et  çap et