525.Az

Tıxac yaradan piyada keçidlərinin qarşısında işıqfor quraşdırılır


 

Tıxac yaradan piyada keçidlərinin qarşısında işıqfor quraşdırılır<b style="color:red"></b>

Bakıda tıxac yaradan piyada keçidlərinin qarşısında işıqforların quraşdırılmasına başlanılıb.

"Report"un məlumatına görə, Xocalı prospektinin Ş.İ.Xətai metrosunun qarşısından keçən hissəsində dörd ədəd yeni elektron işıqfor quraşdırılıb.

Qeyd edək ki, Bakıda nizamlanmayan piyada keçidiləri yerləşdiyi ərazilərdə mütəmadi olaraq günün pik saatlarında avtomobil tıxacları yaranır.

Bu səbəbdən də nizamlanmayan piyada keçidilərində baş verə biləcək hər hansı yol nəqliyyat hadisəsinin qarşısını almaq və yarana biləcək tıxacları minumuma endirmək üçün həmin ərazilərdə yol patrul xidmətinin əməkdaşları xidmət aparırdı.

 





25.12.2015    çap et  çap et