525.Az

"Barselona"ya müqavimət göstərə biləcək komanda yoxdur"


 

"Barselona"ya müqavimət göstərə biləcək komanda yoxdur" <b style="color:red"></b>

"Hazırda "Barselona"ya müqavimət göstərə biləcək komanda yoxdur. Kataloniya təmsilçisi çox güclüdür. "Barsa" hazırda dünyanın ən yaxşı komandasıdır".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Arsenal"ın futbolçusu Məsut Özil Britaniya mətbuatına açıqlamasında deyib.

Türkiyə əsilli alman futbolçu Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları "Barselona"dan çəkinmədiklərini bildirib:

"Barselona" kimi güclü komandalara qarşı oynamaq çox yaxşıdır. Bu, "Arsenal" üçün yaxşı şansdır və oyunu səbirsizliklə gözləyirik.

Rəqibə hörmətlə yanaşırıq, ancaq onlardan qorxmuruq. Əgər öz oyunumuzu sərgiləyə bilsək, qalib gələcəyik".

 





25.12.2015    çap et  çap et