525.Az

Elman Abdullayev: “Ermənistan prezidenti etiraf edir ki...”


 

Elman Abdullayev: “Ermənistan prezidenti etiraf edir ki...”<b style="color:red"></b>

“Serj Sərkisyanın Azərbaycanın həmişə qeyd etdiyi “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması Ermənistanın, eləcə də bütün regionun inkişafı qarşısında bir maneədir” fikrinə gəlməsi sevindirici haldır”.

 APA-nın məlumatına görə, bu bəyanatla Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çıxış edib.
 
Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin onsuz da kasad olan büdcəsinin böyük hissəsini hərbi xərclərə ayırdığını etiraf edir: “Doğrudanmı başqa dövlətin ərazisinin işğalını davam etdirmək ölkədə yoxsulluğun tüğyan etməsinə və əhalinin ölkəni tərk etməsinə dəyər? Ermənistan rəhbəri öz xalqının gələcəyini öz siyasi ambisiyalarına qurban verməməlidir. İşğal faktı bütün beynəlxalq birlik tərəfindən tanınıb. Təəssüf ki, Ermənistan rəhbərliyi məsuliyyəti ciddi cəhdlə öz üzərindən atmağa çalışır. O zaman sual ortaya çıxır: “Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində nə işi var? Yaxud da bu iştirak əlbəttə ki, işğal adlandırılır. Biz dəfələrlə açıq mətnlə bəyan etmişik və mövqeyimiz aydındır – Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması bütün region, o cümlədən Ermənistan qarşısında geniş imkanlar açacaq”.

 





21.01.2013    çap et  çap et