525.Az

Qvardiolaya fantastik təklif


 

Qvardiolaya fantastik təklif<b style="color:red"></b>

“Mançester Siti” mövsümün sonu "Bavariya"dan ayrılacaq baş məşqçi Pep Qvardiolaya fantastik təklif irəli sürüb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ingilis klubu Pepə illik 25 milyon avro maaş təklif edib ki, bu da mütləq rekorddur.

Əgər tərəflər bu şərtlərlə müqavilə bağlasa, o zaman Qvardiola hətta ən yüksək gəlirli futbolçulardan olan Lionel Messi (21 milyon avro) və Kriştiano Ronaldonu (20 milyon avro) da geridə qoyacaq.

Qeyd edək ki, P.Qvardiolanın "Mançester Siti" ilə razılığa gəldiyi iddia edilir.

 





25.12.2015    çap et  çap et