525.Az

İntihar edən məhkum İlqar Əliyevin kamera yoldaşı olubmu?


 

İntihar edən məhkum İlqar Əliyevin kamera yoldaşı olubmu?<b style="color:red"></b> Ədliyyə Nazirliyi Penitensiar xidmət bir neçə gün əvvəl Bakı istintaq təcridxanasında (BİT) intihar edən təqsirləndirilən şəxslə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
 
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində BİT-də intihar etmiş, 177.3.3-cü maddəsi ilə (oğurluq) təqsirləndirilən və əvvəllər dəfələrlə məhkum edilmiş şəxs - Manaf Paşayevin ondan bir neçə gün öncə intihar etmiş digər təqsirləndirilən şəxs -hüquq-mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olması barədə həqiqətə uyğun olmayan və tam yalan məlumatlar yayılıb.
 
Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, cəza-icra qanunvericiliyinə əsasən əvvəllər hüquq-mühafizə orqanlarında xidmət etmiş şəxslər digər həbs edilmiş şəxslərdən ayrı saxlanılırlar. Məhz bu səbəbdən göstərilən şəxslər nəinki eyni kamerada saxlanılmayıb, hətta ayrı-ayrı rejim korpuslarında yerləşdirilib.
 
Heç bir həqiqəti əks etdirməyən bu kimi yanlış məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədini daşıyır və mətbu orqanına nüfuz gətirmir.
 
Qeyd edək ki, ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev MTN ətrafında baş verən hadisələrlə əlaqədar həbs olunmuş, dekabrın 20-də intihar etmişdi.
 





25.12.2015    çap et  çap et