525.Az

UNEC-də əmək haqqı artırılıb


 

UNEC-də əmək haqqı artırılıb<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən Elmi Şuranın iclasında inzibati işçilərin ştat cədvəli müzakirə edilib və onların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib.

UNEC-dən 525.az-a verilən məlumata görə, yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb.

Qərardan sonra 700-dən çox əməkdaşın vəzifə maaşında artım olub.

Qərar müvafiq olaraq, universitetin şöbə, mərkəz və departamentlərində çalışan əməkdaşlara da şamil olunur.

 





26.12.2015    çap et  çap et