525.Az

İlqar Fəhminin 4 kitabı təqdim edilib


 

İlqar Fəhminin 4 kitabı təqdim edilib<b style="color:red"></b>

“Kitabevim.az” kitab mağazasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş “Son reportaj”, “Nostalji”, “Sən kimsən Səfəvi?” və “Bu gündən dünənə” adlı 4 kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Kitabevim.az”ın direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq müəllifin kitablarının bədii dəyərindən söhbət açıb. Vurğulanıb ki, yazıçı və şair kimi əsərləri ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən İ.Fəhmi “Axırıncı qatar”, “Ölüm növbəsi”, “Aktrisa”, “Dərvişin qeydləri”, “Axırıncı dayanacaq” və başqa əsərlərinə yazdığı ssenariləri ilə də rejissorların diqqətini çəkib, ekran həyatı yaşayıb. Onun bir sıra dramları Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib.

Yazıçının qələm dostları Mail Yaqub, Arif Buzovnalı, Qəşəm Nəcəfzadə, Aydınxan Əbilov, Mahcamal və başqaları onun yaradıcılığındakı rəngarəngliyi təfəkkürünün zənginliyi və həyata nikbin baxışı əlaqələndiriblər.

Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirən yazıçı-publisist “XAN” nəşriyyatının rəhbərliyinə minnətdarlıq edib. Bildirib ki, nəşriyyatda 12 cildlik külliyyatından daha 4 kitab “Kinoromanlar”, “Telepyeslər”, “Ssenarilər toplusu” və “Bakı tarixindən kollaj” çapa hazırlanır.

Sonda yeni şeirlərini oxuyan İ.Fəhmi imzası ilə kitablarını oxuculara təqdim edib.

 





26.12.2015    çap et  çap et