525.Az

Fransada Azərbaycanla bağlı arxeoloji materiallar aşkarlanıb


 

Fransada Azərbaycanla bağlı arxeoloji materiallar aşkarlanıb<b style="color:red"></b>

Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə Fransada Sen-Jermen-en-Laye Milli Arxeologiya Muzeyində fransız arxeoloq Jak de Morqanın 1889-1891-ci illərdə Azərbaycan ərazisində aşkar edərək, ölkəsinə apardığı qədim maddi mədəniyyət nümunələri ilə tanış olub.
 
Muzeydən APA-ya verilən məlumata görə, N.Quluzadə ümumilikdə 548 ədəd qədim əşya ilə bağlı zəruri məlumatları qeydə alıb. 502 ədəd qədim əşya Azərbaycanın cənub bölgəsinin Aspa-His, Amarat, Cönü, Mistan, Hovil, Cucik, Veri və Hiveri abidələrindən, eləcə də İranın Lor-Dağı, Monidigiyir abidələrindən tapılıb. Aspa-Hiz abidəsindən tapılmış arxeoloji əşyalardan 4 ədədi tunc, 25 ədədi isə dəmir silah nümunəsidir.
 
N.Quluzadə tərəfindən öyrənilmiş bütün tapıntılar Talış-Muğan mədəniyyətinə aid olub, e.ə. II minilliyin sonlarına - I minilliyin əvvəllərinə aiddir. Yalnız 2 ədəd saxsı qab hazırlanma texnikasına və üslubuna görə islam dövrünün – VIII-XI əsrlərin nümunələrini xatırladır.

 





28.12.2015    çap et  çap et