525.Az

Metropolitenin mətbuat xidmətinin rəhbəri Şaxta baba oldu


 

Metropolitenin mətbuat xidmətinin rəhbəri Şaxta baba oldu<b style="color:red"></b>

Bu gün "Bakı Mertopoliteni" QSC "28 May" metro stansiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə növbəti sosial aksiyaya başlayıb.

"Report" xəbər verir ki, tədbir çərçivəsində Şaxta Baba və Qar Qız metro stansiyalarında uşaqlarla görüşərək, onlara hədiyyələr paylayıblar.

Qeyd edək ki, tədbirin Şaxta Baba və Qar Qız personajlarını Bakı Mertopoliteninin işçiləri canlandırıblar.

Şaxta Baba obrazında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Qar Qız isə qurumun marketinq şöbəsinin rəisi Lalə Babayeva olub.

Şaxta Baba və Qar Qız metronun bütün stansiyalarını gəzəcəklər.

Tədbir bir neçə gün davam edəcək.

 





28.12.2015    çap et  çap et