525.Az

Həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə əlavə yardım ayrıldı


 

Həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə əlavə yardım ayrıldı<b style="color:red"></b>

Dekabrın 4-də təbii fəlakət nəticəsində "Neft Daşları"ndakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət tərəfindən verilmiş 15 000 (on beş min) manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da birdəfəlik maddi yardım ayırıb.

Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, şirkət prezidenti dekabrın 4-də təbii fəlakət nəticəsində "Neft Daşları"ndakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə SOCAR tərəfindən 5 000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi haqqında sənəd imzalayıb.

 





28.12.2015    çap et  çap et