525.Az

Manat dollar və avroya qarşı ucuzlaşmaqda davam edir


 

Manat dollar və avroya qarşı ucuzlaşmaqda davam edir<b style="color:red"></b> Bu gün dekabrın 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.
 
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 29-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 28-i ilə müqayisədə 0,11% və ya 0,0017 manat artaraq 1,5578 manat olub.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,09% və ya 0,0015 manat artaraq 1,7094 manata yüksəlib.
 
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,05% və ya 0,0005 manat azalaraq 0,0216 manat olub.
 





29.12.2015    çap et  çap et